“Hər bir məşqçi yumşaq və güclü olmalıdır” – Mourinyodan məsləhət

21 Oktyabr 2023 22:00 İtaliya 607
“Hər bir məşqçi yumşaq və güclü olmalıdır” – Mourinyodan məsləhət

“Roma”nın baş məşqçisi Joze Mourinyo futbol məşqçisinin necə olması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məşqçinin güclü və yumşaq olmalı olduğunu bildirib:

“Hər bir məşqçi yumşaq və güclü olmalıdır. Ola bilsin ki, həssaslıq düzgün söz deyil.

Sizə səmimi və açıq olmaq, oyunçularınızı, onların fikir və hisslərini dinləmək, komanda ilə işlədiyinizi başa düşmək lazımdır.

Bir qrup oyunçu ola bilər. Komandada anlaşma yaratmaq üçün futbolçularla açıq olmaq lazımdır”.

Mourinyonun çalışdırdığı “Roma” hazırda İtaliya A Seriyasında 10-cu yerdədir. Komanda 8 turdan sonra 11 xal toplayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular