“Cəmi 3 il işlədikdən sonra ayrıldığım üçün peşmanam - Cəlbedici təklifdən imtina etdim"

17 Oktyabr 2023 21:40 İtaliya 869
“Cəmi 3 il işlədikdən sonra ayrıldığım üçün peşmanam - Cəlbedici təklifdən imtina etdim"

İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte yenidən fəaliyyətini bərpa etmək istəyir.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyini açıqlayıb:

“Yuventus”da cəmi üç il işlədikdən sonra ayrıldığım üçün peşmanam. Nəvaxtsa özümü “Roma” və ya “Napoli”də sınamaq istəyərdim.

Ancaq adətən mövsümün sonunda komandaya baş məşqçi təyin olunmağa üstünlük verirəm. Mən Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifdən imtina etdim".

54 yaşlı məşqçi son dəfə “Tottenhem”də işləyib. O, bundan əvvəl “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” klubları ilə yanaşı, İtaliya millisində işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"