Millinin müdafiəçisini icarəyə götürmək istəyir – İtaliya klubu

17 Oktyabr 2023 00:00 İtaliya 657
Millinin müdafiəçisini icarəyə götürmək istəyir – İtaliya klubu

"Tottenhem"in müdafiəçisi Erik Dayer İtaliyaya köçə bilər.

Sportinfo.az xəbər verir ki, “fair-pley" məhdudiyyətlərinə görə "canavarlar" qışda futbolçunu icarəyə götürə, ya da hazırkı klubu ilə müqaviləsi başa çatmaq üzrə olan futbolçunun transfer hüququna sahib çıxa bilər.

Romalıların baş məşqçisi Joze Mourinyo Dayeri sərəncamında görmək istəyir. Futbolçunun londonlularla müqaviləsi mövsümün sonunda başa çatacaq.

O, İngiltərə təmsilçisi ilə müqavilə müddətini yeniləmək istəmir və növbəti "transfer pəncərəsi"ndə "Tottenhem"i tərk etməyə hazırdır.

29 yaşlı futbolçu “Sportinq”də oynadıqdan sonra 2014-cü ildə “Tottenhem”ə keçib. O, 2015-ci ildən İngiltərə millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"