"Xəbərləri oxudum, mən qayıdanda başqaları üçün çətin olacaq”

15 Oktyabr 2023 13:10 İtaliya 1 052
"Xəbərləri oxudum, mən qayıdanda başqaları üçün çətin olacaq”

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte potensial olaraq futbola qayıtmağı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, məşqçilik karyerasına hələ ki, qayıtmaq fikrinin olmadığını bildirib:

“Stress mənə motivasiya verir, çünki qalib gələndə daha da yaxşı olur. Müsbət və mənfi stress var.

Mənim üçün bu, enerji və saf adrenalindir. Qayıdandan sonra ən yüksək çətinliklərlə üzləşməyə daha yaxşı hazırlaşacam.

Xəbərləri oxudum, amma indi özümə və böyüyən qızıma vaxt ayırmalı olduğumu hiss edirəm.

Bundan sonra “döyüş”ə qayıtmağa hazır olacam. Mən qayıdanda isə başqaları üçün çətin olacaq”.

54 yaşlı mütəxəssisin son iş yeri “Tottenhem” olub. O, mart ayında London klubunu tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"