Keçmiş futbolçusunu geri qaytara bilər - “Yuventus”

15 Oktyabr 2023 00:20 İtaliya 1 004
Keçmiş futbolçusunu geri qaytara bilər - “Yuventus”

“Yuventus” sabiq yarımmüdafiəçisi, “Toronto”nun vingeri Federiko Bernardeskini geri qaytara bilər.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu “Sassuolo”nun hücumçusu Domeniko Berardini ala bilməyəcəyi təqdirdə, 29 yaşlı futbolçunu transfer edə bilər.

Bernardeski AÇ-2024-də İtaliya millisində olmaq istədiyi üçün “Yuventus”a keçmək variantını nəzərdən keçirir.

İtaliyalı futbolçu 2017-2022-ci illərdə “qoca sinyora”nın heyətində çıxış edib. O,183 oyunda 12 qol vurub və 20 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"