Dayəni döyən tanınmış hücumçu məhkəməni uduzdu - TƏZMİNAT ÖDƏYƏCƏK

14 Oktyabr 2023 22:00 İtaliya 965
Dayəni döyən tanınmış hücumçu məhkəməni uduzdu - TƏZMİNAT ÖDƏYƏCƏK

Milan məhkəməsi “İnter”in hücumçusu Lautaro Martinesi keçmiş dayəsini nahaq yerə işdən qovduğuna görə pul təzminatı ödəməyə məcbur edib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu 27 yaşlı dayəsinin sağalmaz xəstəlikdən əziyyət çəkdiyini xəbər tutduqdan sonra onu işdən çıxarıb.

Dayənin ailəsi onu məhkəməyə verib.

Məhkəmənin qərarına əsasən Martines onlara təzminat ödəyəcək. Lakin təzminatın məbləği bəlli deyil.

26 yaşlı hücumçu 2018-ci ildən “İnter”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 248 matçda iştirak edib, 113 qol vurub və 38 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti