"İnfrastruktur çox pisdir, hökumət bura sərmayə qoymağa başlamalıdır" - UEFA prezidenti

13 Oktyabr 2023 10:20 İtaliya 971
"İnfrastruktur çox pisdir, hökumət bura sərmayə qoymağa başlamalıdır" - UEFA prezidenti

“İtaliyada infrastruktur çox pisdir”.

Sportinfo.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin İtaliyada futbol infrastrukturunun vəziyyətini şərh edərkən deyib.

“İtaliyada infrastruktur futbolun səviyyəsi və ölkənin ölçüsü ilə müqayisədə çox zəifdir. Əlbəttə, optimistliyə köklənmişəm, amma hesab edirəm ki, hökumət, nəhayət, infrastruktura sərmayə qoymağa başlamalıdır.

Ölkəniz futbola və ümumiyyətlə, idmana bu qədər həvəslidirsə, daha çox iş görməlidir. Hələlik hər şeyin yaxşı olacağına ümid edirik”, – Çeferin deyib.

Qeyd edək ki, 2032-ci ildə futbol üzrə Avropa çempionatına İtaliya və Türkiyə evsahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti