“Məni vacib klublara çağıran davamlı səslər eşidirəm" - Məşhur məşqçi şayiələrdən danışdı

12 Oktyabr 2023 18:20 İtaliya 599
“Məni vacib klublara çağıran davamlı səslər eşidirəm" - Məşhur məşqçi şayiələrdən danışdı

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte “Napoli”yə təyinatı ilə bağlı yayılan şayiələrdən danışıb.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis yaxın vaxtlarda işə qayıtmağı planlaşdırmadığını söyləyib:

“Məni vacib klublara çağıran davamlı səslər eşidirəm. Lakin təkrar edirəm ki, hazırda olduğum yerdə qalmaqdan və ailəmlə vaxt keçirməkdən həzz alıram”.

Konte “Napoli”nin hazırkı baş məşqçisi Rudi Qarsiyanı əvəz etməyə əsas namizəd hesab olunur.

Məşqçi ilə danışıqlar aparmazdan əvvəl müzakirə edilməli olan bir çox vacib məqamlar olduğu üçün yekun qərar hələ verilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti