İtaliya millisinin sabiq baş məşqçisi ilə danışıqlara başladı

12 Oktyabr 2023 00:00 İtaliya 671
İtaliya millisinin sabiq baş məşqçisi ilə danışıqlara başladı

"Napoli"nin rəhbərliyi Antonio Konteni baş məşqçisi postuna əsas namizəd hesab edir.

Sportinfo.az xəbər verir ki, rəhbərlik hələ Rudi Qarsiyanı istefaya göndərməyib.

Lakin bu istefa yaxın günlərdə baş tuta bilər. Neapollular hazırda A seriyasında 5-ci pillədədir və ÇL-də də “Real”a(Madrid) uduzub.

Məhz bu ay Kontenin "Napoli"yə baş məşqçi təyin ediləcəyi gözlənilir. Artıq tərəflər arasında ilkin danışıq olub.

Antonio Konte bu ilin martından "Tottenhem"dən qovulandan bəri işsizdir. Daha əvvəl “Sevilya” ona təklif göndərsə də, bu keçid baş tutmamışdı.

54 yaşlı mütəxəssis “Bari”, “Atalanta”, “Siena”, “Yuventus”, “Çelsi”, “İnter”lə yanaşı İtaliya millisini də çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti