Qanunsuz mərcdə şübhəli bilindi, istintaqa cəlb olundu - Tanınmış futbolçu

11 Oktyabr 2023 15:40 İtaliya 765
Qanunsuz mərcdə şübhəli bilindi, istintaqa cəlb olundu - Tanınmış futbolçu

“Yuventus”un və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli qanunsuz mərcdə şübhəli bilinir.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu qanunsuz platformalarda mərc oynadığına görə istintaqa cəlb olunub.

İşlə Turin prokurorluğu məşğul olur.

İdman qanunlarının mümkün pozulmasına görə Faqiolinin 3 ilədək və ya daha çox müddətə diskvalifikasiya, həmçinin 25 min avro və ya daha çox cərimə ilə üzləşəcəyi gözlənilir.

Faqioli 2023/24 mövsümündə A Seriyasında 6 oyun keçirib və 1 qol ötürməsi verib. Tərəflərin müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti