“Yayda çox adam haqqımda danışırdı, mən susurdum”

10 Oktyabr 2023 01:30 İtaliya 679
“Yayda çox adam haqqımda danışırdı, mən susurdum”

“Roma”nın hücumçusu Romelu Lukaku yeni komandasındakı çıxışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı forvard “Kalyari” üzərində qazandıqları qələbədən (4:1) söz açıb:

“Mənim formamın sirri nədir? Mən peşəkaram. Yayda çox adam haqqımda danışırdı, mən susurdum.

Əvəzində komanda üçün nə edə biləcəyimi meydanda göstərirəm. Qələbə qazandığımız üçün şadıq, eyni ruhda davam etməliyik”.

Belçikalı futbolçu bu yay “Çelsi”dən “Roma”ya keçib. O, bu mövsüm bütün yarışlarda 8 oyuna çıxıb və 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"