“Yuventus”un hücumçusu Duşan Vlahoviç hələ ki, Serbiya millisinin düşərgəsinə getmək niyyətində deyil.
Sportinfo.az xəbər verir ki, Turin klubundan Serbiya millisinin rəsmilərinə forvardın hazırda ən yaxşı fiziki vəziyyətdə olmadığı bildirilib.
“Yuventus” Serbiya millisinin məşqçilər heyətinin Vlahoviçi oktyabr ayındakı matçlar üçün heyətdən çıxarmasını gözləyir.

