4 illik cəza ilə üz-üzə qaldı - Dopinq testi yenə müsbət çıxdı!

6 Oktyabr 2023 18:40 İtaliya 742
4 illik cəza ilə üz-üzə qaldı - Dopinq testi yenə müsbət çıxdı!

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın dopinq testi yenidən müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, Poqba indi yenə maksimum 4 illik cəza ilə üz-üzə qalıb.

Poqbanın İtaliya A Seriyasının 1-ci tur matçından sonra verdiyi dopinq testi müsbət nəticə vermişdi. 1-ci turda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşmışdı (3:0).

Poqba sözügedən görüşdə iştirak etməmişdi. Fransalı futbolçu sonadək ehtiyatda qalmışdı.

Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilmişdi ki, bu, istisnasız qəbul edilməməli olan bir maddədir.

İtaliya Antidopinq Agentliyi fransalı futbolçunun müvəqqəti diskvalifikasiya olunduğunu açıqlamışdı. Müvəqqəti diskvalifikasiyanın araşdırma öncəsi bir tədbir olduğu diqqətə çatdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"