Paytaxt klubu iki cavabsız qolla istəyinə çatdı - VİDEO

2 Oktyabr 2023 12:00 İtaliya 879
Paytaxt klubu iki cavabsız qolla istəyinə çatdı - VİDEO

İtaliya A Seriyasında VII tur davam edir.

Sportinfo.az xəbər verir ki, “Roma” öz meydanında “Frozinone” ilə qarşılaşıb.

Matç paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.

Hesabı 22-ci dəqiqədə Paulo Dibalanın ötürməsindən sonra Romelu Lukaku açıb. 83-cü dəqiqədə Dibalanın ötürməsini bu dəfə Lorenso Pelleqrini qola çevirib.

Qələbə “Roma”nı 12-ci pilləyə yüksəldib. Komandanın səkkiz xalı var. Doqquz xala sahib olan “Frozinone” 10-cudur. Digər qarşılaşmada “Yuventus” səfərdə “Atalanta” ilə heç-heçə edib - 0:0.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"