"Futbol inanılmazdır - enerji, temp, ehtiras və keyfiyyət…"

1 Oktyabr 2023 20:40 İtaliya 678
"Futbol inanılmazdır - enerji, temp, ehtiras və keyfiyyət…"

"Milan"ın baş məşqçisi Stefano Pioli komandasının A Seriyasının 7-ci turunda "Latsio" üzərində qələbəsini (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, "TMW"yə açıqlama verən italiyalı mütəxəssis "rossonyerlər"in performansından razılıq bildirib:

"Futbol inanılmazdır. Çünki sizə güclü emosiyalar qazandırır və hadisələrin gedişatı çox qısa müddətdə dəyişə bilər.

Derbidən sonra yolumuzun bitmədiyini bilirdik. Lakin bu, yeni başlanğıc idi. Komandanın oyunundan məmnunam.

İlk hissədə sürətli deyildik, ikinci yarıda isə enerji, temp, ehtiras və keyfiyyət var idi. Hər şeydən razıyam, artıq növbəti matçı düşünürəm".

"Milan" 7 turdan sonra 18 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM