“O, qalib gəlmək üçün nə etmək lazım olduğunu dəqiq bilir”

25 İyul 2024 00:20 İtaliya 1 588
“O, qalib gəlmək üçün nə etmək lazım olduğunu dəqiq bilir”

“Milan”ın sabiq baş məşqçisi Arriqo Sakki daha əvvəl “Atletiko”da çıxış etmiş ispaniyalı futbolçu Alvaro Moratanın İtaliya klubuna keçidini şərh edib.

Sportinfo.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Moratanı dəvət etməyin əla addım olduğunu bildirib:

“Moratanı dəvət etmək əla addımdır. O, mobil hücumçudur.

Morata hücumun bütün cəbhəsi boyunca hərəkət edir və qalib gəlmək üçün nə etmək lazım olduğunu da dəqiq bilir.

Morata Avropa çempionatında yaxşı çıxış etdi və ona şübhə ilə yanaşan azarkeşlərin önündə özünü doğrultdu”.

İtaliya A Seriyasının yeni mövsümünə avqustun 17-də start veriləcək, “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?