“Bilirəm ki, bəziləri məni heç vaxt başa düşməyəcək” - Tanınmış futbolçu müharibəyə getdi

22 Avqust 2024 00:00 İtaliya 1 663
“Bilirəm ki, bəziləri məni heç vaxt başa düşməyəcək” - Tanınmış futbolçu müharibəyə getdi

Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi Vladislav Vaşuk Ukrayna Milli Qvardiyasının “Burevіy” hücum briqadasının sıralarına qoşulub.

Sportinfo.az xəbər verir ki, bu barədə keçmiş futbolçu özünün “facebook” səhifəsində məlumat verib.

48 yaşlı Vaşuk Ukraynada “rus dünyası” görmək istəmədiyini bildirib.

“Bəli, bu mənim şəxsi qərarım idi. Qohumlar və dostlar hələ də şokdadırlar.

Bilirəm ki, bəziləri məni heç vaxt başa düşməyəcək. Amma qələbəmizə, həqiqətən, inanıram.

“Rus dünyası”nı öz gözlərimlə gördüm. Mən hər şeyi edəcəyəm ki, ölkəmdə heç kim bunu görməsin və hiss etməsin.

Vaxtı gələndə isə müharibə zamanı etdiklərimə dəqiq cavab verə biləcəyəm. Ukrayna Milli Qvardiyası. “Bureviy” hücum briqadası.

Əsgər Vladislav Vaşuk. Mən Ukrayna xalqına xidmət edirəm!”, - Vaşuk yazıb.

2022-ci ildə Rusiya hərbçiləri Vaşukun Qostomeldəki evindən oğurluq edib, onun bütün mükafatlarını və xatirə əşyalarını aparıblar. Veteran oyunçu müharibənin əvvəlində 15 gün ailəsi ilə birlikdə evin zirzəmisində yaşayıb.

V.Vaşuk 1996 - 2007-ci illərdə Ukrayna yığmasının formasını geyinib. O, 9 dəfə Ukrayna Premyer Liqasının, 6 dəfə ölkə kubokunun, 1 dəfə Ukrayna Super Kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?
29 Yanvar 03:20 “Liverpul”SOU - VİDEO
29 Yanvar 03:00 “Zövq aldım" - Medina
29 Yanvar 01:50 "Qarabağ"dan 0:6