COP29

“Şamaxı”nı bu cür rəhbərlə, bu cür təfəkkürlə Premyer Liqaya necə buraxmaq olar?

15 İyun 21:00 İtaliya 3 515
“Şamaxı”nı bu cür rəhbərlə, bu cür təfəkkürlə Premyer Liqaya necə buraxmaq olar?

“Şamaxı”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Turan Tovuz”dan ayrılan Ayxan Abbasov bundan sonra “şirlər”i çalışdıracaq.

Əla! Pakizə! Ümid edək ki, hər iki tərəfə uğurlu olacaq.

Amma klubun rəhbəri Elçin Usubla Ayxan bəyin görüşü zamanı çəkilən şəkildən işlərin əla olacağına ümid etmək çətindir.

Elçin bəy yeni baş məşqçiylə ictimaiyyətə təqdim etmək üçün şəkil çəkdirmək qərarına gəlib və həmin an arxası imzasız forma olmadığından, Abbasova futbolçu Əbil Əbilovun futbolkasının bir ucundan yapışmağı təklif edib. Çarəsiz baş məşqçi də məcbur qalıb şəkil çəkdirib.

“Şamaxı”nın bu cür rəhbərlə, bu cür yanaşma və təfəkkürlə Premyer Liqaya necə buraxılması sual yaradır.

O boyda “peşəkar statuslu” klubda nömrəsiz forma tapılmırsa və baş məşqçiyə klubdan ayrılan futbolçunun maykası verilirsə, bizi və orada çalışanları hansı günlərin gözlədiyini indidən təsəvvür etmək çətin deyil. Görəcək günlər qabaqdadır.

Odur ki, sabah məşqçilər otağından paltardəyişmə otağı kimi istifadə etsələr təəccüblənmərik.

Allah yar və yardımçınız olsun, Ayxan Abbasov!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?