“Barselona” və “Real”ın La Liqanın 8-ci turunda keçirdikləri oyunlardan sonra bu mövsümdə çempionluq şansları ilə bağlı proqnozlar yenilənib.
“Real” bu turda “Vilyarreal”ı 1:0, “Barselona” isə “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bukmeker analitiklərinin hesablamalarına görə, Kataloniya klubunun çempionluq ehtimalı 78,3 faiz, Madrid təmsilçisinin isə 18,2 faizdir.
8 turdan sonra 24 xalı olan “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real” isə 18 xalla ikinci pillədə qərarlaşıb.
“Barselona” 2024/2025 və 2025/2026-cı illər mövsümlərində İspaniya çempionu olub. Kataloniya klubu 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.
