O, dünya çempionatının finalında uduzdu, Kənan bürünc qazandı

11 Oktyabr 02:20 Cüdo 263
O, dünya çempionatının finalında uduzdu, Kənan bürünc qazandı

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.

Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.

Kişilər

+100 kq çəki

Uşanqi Kokauri əvvəlcə 1/16 finalda Emirxan Joldoşkazıyevə (Qırğızıstan), 1/8 finalda isə Jakub Sordylə qalib gəlib və 1/4 finala çıxıb. O, 1/4 finalda digər Azərbaycan cüdoçusu Kamran Nəsibovla qarşılaşıb və qalib gəlib. O, yarımfinalda isə Martti Pauumaleyneni məğlub edib. Kokuari finalda Rusiya idmançısı İnal Tasoyevlə görüşüb və uduzub.

Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. O, bu mərhələdə isə Muzaffarbek Turoboyevə (Türkmənistan) məğlub edərək 1/4 finala çıxıb. O, bu mərhələdə Jur Spijkersə (Niderland qalib gələrək yarımfimala yüksəlib. O, yarımfinalda İnal Tasoyevə uduzub.

Qamzatxanov və digər Azərbaycan cüdoçusu Kənan Nəsibov bürünc medal uğrunda bir-biri ilə qarşılaşıb. Görüş Kənan Nəsibovun qələbəsi ilə başa çatıb.

Medal uğrunda görüşlər saat 18:00-da başlanacaq.

Qadınlar

+78 kq çəki

Mədinə Kaysinova Asya Tavanoya (İtaliya) uduzaraq mübarizəni başa vurub.

Sabah çempionatda komanda yarışları təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə