Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında oldu - FOTOLAR

07:10 Digər növlər 72
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında oldu - FOTOLAR

Avropa Avarçəkmə Federasiyasının (European Rowing) prezidenti Asunsion Loriyente Bakıya səfər edib.

Sportinfo.az xəbər verir ki, Səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub.

Ona federasiyanın fəaliyyəti ilə bağlı məlumat verilib. Son illərdə beynəlxalq yarışlarda qazanılmış uğurlar, Azərbaycanda təşkil edilmiş avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirləri diqqətə çatdırılıb.

Su idmanı ilə əlaqəli inkişaf etdirilən növlər qeyd olunub. Daha sonra Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.

Səfər zamanı Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib. İdmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.







Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq