Azərbaycan və Avropa Ağırlıqqaldırma Federasiyaları arasında əməkdaşlıq müzakirə edildi

03:40 Digər növlər 124
Azərbaycan və Avropa Ağırlıqqaldırma Federasiyaları arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Azərbaycanda işgüzar səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.

Sportinfo.az xəbər verir ki, bu barədə AAF-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanda nəinki ağırlıqqaldırmanın, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi qonağın diqqətinə çatdırılıb.

Bununla yanaşı, AAF-nin beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşdığı qeyd olunub. Avropa və dünyanın müxtəlif ölkələrini təmsil edən yığmaların vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirdikləri diqqətə çatdırılıb.

Görüş zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”