Çempionlar Liqasında mübarizəni davam etdirən “Sabah” növbəti oyuna hazırlaşır.
Təmsilçimiz liqa mərhələsinin II turunda Çexiya “Slaviya”sını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada təkcə azərbaycanlı azarkeşlər deyil, çexiyalı fanatlar da yer alacaq.
Belə ki, Praqa təmsilçisi “Sabah”a müraciət edərək öz azarkeşləri üçün 430 bilet istəyib. Həmin biletlər “Slaviya”nın rəsmi saytı vasitəsilə satışa çıxarılacaq.
Biletləri əldə edən çexiyalı azarkeşlər Azərbaycana səfər edərək komandalarının oyununu stadiondan izləyə biləcəklər.
Çərşənbə axşamı keçiriləcək qarşılaşmada ən azı 300 çexiyalı fanatın qonaq komandaya dəstək verəcəyi ehtimal olunur.
“Sabah” – “Slaviya” görüşü oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək və qarşılaşmanın start fiti saat 20:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ
