Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva U-19 qadın komandaları arasında Avropa çempionatının seçmə mərhələsində İrlandiya - Ermənistan matçını idarə edib.
Sportinfo.az xəbər verir ki, onun fit çaldığı matç irlandların 11:0 hesablı qələbəsi ilə bitib.
Digər hakimimiz Gülnurə Əkbərzadə isə ona kömək edib.
Ssonuncu dəfə Venera Kahriç Ermənistan milli komandasının matçını idarə edib. Bu da 20 il öncə baş tutub.
