“Neftçi” sevgisi nəsildən-nəslə ötürülür – 50 metrlik pankart diqqət çəkdi
Premyer Liqanın 7-ci turunda “Neftçi” doğma “Palms Sports Arena”da “Sabah”ı qəbul edib.
Turun mərkəzi qarşılaşmasının start fitindən əvvəl stadionda maraqlı görüntü yaşanıb.
Belə ki, meydan sahibləri Azərbaycanda tez-tez rast gəlinməyən möhtəşəm pankart nümayiş etdirib.
Təxminən 50 metr uzunluğunda və 12 metr enində olan pankart “Neftçi”nin 90 illik yubileyinə həsr edilib.
Parçada klub sevgisinin atadan oğula ötürülməsi ideyası ön plana çəkilib, ata və oğulun portreti əks olunub.
Tribunalarda nümayiş etdirilən pankart stadiona toplaşan azarkeşlərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Bu görüntü bir daha göstərib ki, “Neftçi” sevgisi sadəcə futbol azarkeşliyi deyil, nəsildən-nəslə ötürülən bir ənənədir.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
