“Real”ın hücumçusu Kilian Mbappenin komanda yoldaşlarının əksəriyyəti ilə münasibətlərinin yalnız peşəkar xarakter daşıdığı iddia olunur.
Spotinfo.az xəbər verir ki, bu barədə “OK Diario”ya məlumat yayıb.
Bildirilir ki, fransalı forvardla Vinisius Junior dost deyil. Onlar ictimaiyyət qarşısında yaxın münasibət nümayiş etdirsələr də, əslində aralarındakı əlaqənin əsasən peşəkar xarakter daşıdığı qeyd olunur.
Həmçinin, Mbappe ilə Çud Bellingem arasında müəyyən gərginliyin olduğu iddia edilir.
İngiltərəli futbolçunun daha əvvəl Mbappe və Vinisiusun bəzi davranışlarından narazı qaldığı vurğulanır. “Real” rəhbərliyinin Bellingemdən səbirli olmağı və bəzi hadisələrə əhəmiyyət verməməyi xahiş etdiyi bildirilir.
Madrid klubu komanda daxilindəki gərginliyi azaltmağa və əsas oyunçularının fikir ayrılıqlarına baxmayaraq, birlikdə səmərəli çalışmalarına nail olmağa çalışır.
