“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı keçirəcəkləri oyundan danışıb.
Sportinfo.az “Le Marca Sports”-a istinadən xəbər verir ki, nigeriyalı forvard ciddi həyəcan keçirdiyini bildirib:
“Barselona” ilə oyun öncəsi ciddi həyəcan keçirirəm. Çünki qarşımızda bəlkə də, dünyanın ən yaxşı komandası olacaq.
Belə rəqibə qarşı oynayanda meydana böyük həvəslə və yüksək konsentrasiya ilə çıxmaq, rəqibə ciddi pressinq tətbiq etmək lazımdır. Biz hazırıq”.
Osimhen zədə səbəbindən əvvəlki matçların bir neçəsini buraxsa da, millilərin oyunları ilə əlaqədar yaranan fasilədə sağalıb.
O, oktyabrın 9-da Türkiyə çempionatında “Kasımpaşa”ya qarşı keçirilən oyunda (3:1) cəmi 13 dəqiqə meydanda olsa da, məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray”la “Barselona” arasında Çempionlar Liqasının ikinci turunun oyunu oktyabrın 13-də keçiriləcək.
Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək. Kataloniyalılar sözügedən turnirin 5-ci turunda, noyabrın 25-də Bakıda “Sabah”ın qonağı olacaq.
