"Bakını çox sevirəm, çalışacam ki, Azərbaycan dilini öyrənim"

08:30 Cüdo 113
"Bakını çox sevirəm, çalışacam ki, Azərbaycan dilini öyrənim"

"Azərbaycanı çox sevirəm. Burada hər kəs məni sevir, dəstəkləyir".

Sportinfo.az xəbər verir ki, bunu cüdo üzrə dünya çempionatının gümüş medalçısı Uşanqi Kokauri deyib.

O, azarkeşlərin dəstəyinə görə özünü Bakıda rahat hiss etdiyini söyləyib:

"Mənim finaldakı rəqibim çox güclü idi. Amma gələn dəfə çalışacağam ki, qazanım və bu dəfə alınmayan şeyləri düzəldim.

Həmçinin çalışacağam ki, Azərbaycan dilini daha çox öyrənim, sizə söz verirəm".

Azərbaycan təmsilçisi finalda ikiqat dünya çempionu İnal Tasoevə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib