Braziliyalı hücumçu “Real”ı “Milan”a dəyişməyə hazırlaşır

10 Oktyabr 10:00 İspaniya 458
Braziliyalı hücumçu “Real”ı “Milan”a dəyişməyə hazırlaşır

“Real Madrid”in braziliyalı hücumçusu Endrik qış transfer pəncərəsində İspaniya klubunu tərk edə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Milan”a keçməyə razılıq verib.

Mənbənin məlumatına görə, İtaliya A Seriyasının nəhəngi yanvar ayında hücumçunu icarəyə götürmək niyyətindədir.

Endrik üçün “Milan” hazırda prioritet variant hesab olunur və transferin reallaşması üçün “Real Madrid” rəhbərliyinin “yaşıl işıq” yandırması gözlənilir.

Endrik cari mövsümdə İspaniya çempionatında yalnız 1 matçda meydanda olub və cəmi 4 dəqiqə şans qazanıb. Onun madridlilərlə qüvvədə olan müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə