“Barselona” 80 milyon avroya sata bilər - “Bayern”in hədəfindədir

12:20 İspaniya 128
“Barselona” 80 milyon avroya sata bilər - “Bayern”in hədəfindədir

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Bayern”in hədəfindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Joao Feliksin “Barselona”ya mümkün qayıdışı Olmonun komandadan ayrılmasına səbəb ola bilər.

Belə ki, bu halda Kataloniya klubunda yarımmüdafiəçi bolluğu yaranacaq.

“Bayern” isə uzun müddətdir ki, Olmonu heyətinə qatmaq istəyir. Təxminən 80 milyon avroluq təklifin “Barselona”nı bu transferə razı sala biləcəyi qeyd olunur.

28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər qüvvədədir.

”Barselona” noyabrın 25-də, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti