Baş məşqçi komanda ilə sağollaşdı: “Mən bir daha bura qayıtmayacam”

16:00 I Divizion 612
Baş məşqçi komanda ilə sağollaşdı: “Mən bir daha bura qayıtmayacam”

Elman Sultanov «Mingəçevir»in sükanı arxasından ayrılıb.

O, I Liqanın dördüncü turu çərçivəsində MOİK-lə Binədə keçirilən matçdan sonra bu qərarını açıqlayıb.

0:3 hesablı məğlubiyyətin ardından paltardəyişmə otağına daxil olan çalışdırıcı kollektivlə sağollaşıb.

Sultanov əşyalarını bir yerə toplayaraq, «mən bir daha bura qayıtmayacam» söyləyib və içərini tərk edib.

«Mingəçevir» Elman Sultanovu iyulda görəvə gətirib. Komanda onun rəhbərliyi altında çempionatda dörd oyuna çıxıb.

«İşıqçılar» onlardan üçündə yenilgi ilə üzləşib. 1 xala malik «Mingəçevir» hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Klubun belə açıncaqlı vəziyyətə düşməsi maliyyə problemləri ilə əlaqədardır. İki aydan çoxdur maaşlar ödənilmir.

Üç ay öncə «Mingəçevir»i himayəsinə götürmüş şəxslər bir müddətdir «yoxa çıxıb». «Onları gördüm» deyən yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti