Arda Güləri tribunadan izlədi - “Arsenal”la “Çelsi”nin skautları

18:20 İspaniya 117
Arda Güləri tribunadan izlədi - “Arsenal”la “Çelsi”nin skautları

“Arsenal”la “Çelsi” “Real”ın yarımmüdafiəçisi Arda Güləri izləyir.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçilərinin skautları UEFA Millətlər Liqasının Türkiyə – İtaliya oyununda (1:4) 21 yaşlı futbolçunu tribunadan izləyiblər.

“Arsenal” və “Çelsi” Gülərin “Real”da kifayət qədər oyun vaxtı ala bilməməsi fonunda onunla maraqlanmağa başlayıb. “Topçular” hətta 2026-cı ilin əvvəlində türkiyəli futbolçunu heyətinə qatmağa çalışıb, ancaq transfer baş tutmayıb.

Arda Gülər bu mövsüm İspaniya çempionatında “Real”ın heyətində 7 oyuna çıxıb,1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ardanın Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. Onun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.

Futbolçunu izləyən klublardan “Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti