“Real”da tələblər tamamilə fərqlidir” - Joze Mourinyo

00:00 İspaniya 105
“Real”da tələblər tamamilə fərqlidir” - Joze Mourinyo

“Real”ın baş məşqçisi Joze Mourinyo Mikel Artetanın “Arsenal”la müqaviləsinin müddətini uzatdıqdan sonra səsləndirdiyi fikirlərə münasibət bildirib.

Ызщкештащ.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Artetanın “Arsenal”da hələ yolun başlanğıcında olduğunu deməsinə diqqət çəkib:

“Artetanın sözlərində maraqlı bir məqam gördüm. Bunu “Real”da təsəvvür etmək mümkün deyil.

O, müqaviləsinin müddətini uzatdı və təxminən belə dedi: “Biz hələ yolun başlanğıcındayıq”. Halbuki o, artıq uzun illərdir orada çalışır. “Real”da tələblər tamamilə fərqlidir”.

Arteta 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Onun komandası ötən mövsüm 2004-cü ildən bəri həsrətində olduğu İngiltərə çempionluğunu qazanıb.

“Topçular” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”