“Qarabağ” Yevlaxda - CANLI YAYIM

16:57 Premyerliqa 153
“Qarabağ” Yevlaxda - CANLI YAYIM

Misli Premyer Liqasında VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" Yevlax şəhər stadionunda "İmişli"nin qonağı olacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Ardınca isə Premyer Liqanın debütantı "Şəfa" "Turan Tovuz"la üz-üzə gələcək. Görüş "SOCAR Polymer Arena"da, saat 18:30-da başlayacaq.

Turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0), "Sumqayıt" "Qəbələ"ni (4:1) məğlub edib.

"Neftçi" - "Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə" - "Şamaxı" duelində isə tərəflər hərəyə bir dəfə fərqləniblər.

16:00. "İmişli" – "Qarabağ" 0:0

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.

VAR: Vüqar Həsənli.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Yevlax şəhər stadionu

“İmişli”: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 42. Sebai Senin

Baş məşqçi: Fərid Namazov

“Qarabağ”: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 11. Reda Xadra, 88. Samuel Lobato

Baş məşqçi: Qurban Qurbanov

18:30. "Şəfa" – "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.

VAR: Nicat İsmayıllı.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"SOCAR Polymer Arena"

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib