“Barselona”nın hücumçusu Lamin Yamal anasının onun dərslərinə ciddi yanaşmasını istədiyini açıqlayıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu, anasının ona futbolla yanaşı, təhsilinə də diqqət yetirməsini tələb etdiyini bildirib:
“Anam həmişə oxumağımı istəyirdi. O, məni əlavə məktəb tapşırıqlarını yerinə yetirməyə məcbur edir və bəzən “dərslərini oxumasan, oynamayacaqsan” deyirdi.
Lakin mən həmişə bilirdim ki, gələcəyimi futbolla bağlamaq istəyirəm”.
Yamal “Barselona”nın yetirməsidir. 19 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar 25 noyabrda Bakıda qarşılaşacaqlar.
