Messini yola saldı, “Neftçi”dən kənarda qaldı - FOTOLAR+FOTO

19:00 Neftçi 152
Messini yola saldı, “Neftçi”dən kənarda qaldı - FOTOLAR+FOTO

Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilən Neftçi” – “Sabah” qarşılaşmasında (0:0) diqqət çəkən məqamlardan biri də Sessi D’Almeydanın yoxluğu idi.

Bir neçə gün əvvəl Benin millisinin kapitanı qismində Argentina ilə yoldaşlıq görüşündə əfsanəvi Lionel Messini hədiyyələrlə yola salan futbolçunun “Sabah”la matçda iştirak edib-etməyəcəyi maraq doğururdu.

Lakin oyunun protokolunda onun adına rast gəlmədik.

Məlum olub ki, 30 yaşlı yarımmüdafiəçi “Neftçi”nin düşərgəsinə qayıtmayıb. Millidə qalan Almeydau baş məşqçi Yuri Vernidubdan icazə alıb və paytaxt klubunun kollektivinə “Sabah”la oyundan sonrakı həftəiçi məşqlərdə qoşulacaq.

Odur ki, Sessinin Bakıya qayıtmaması ilə bağlı narahatlığa əsas yoxdur. Xülasə, onun “Neftçi”yə gec qoşulması yığmanın oyunları və məsafənin uzaqlığı ilə bağlıdır.

39 yaşlı hücumçunun vida matçı Buenos-Ayresdə “Monumental Antonio Vespucio Liberti” stadionunda Benin yığmasına qarşı olub.

Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 2 qolun ötürməsini verib.

Almeyda Benin yığmasını bu görüşə kapitan kimi çıxarıb və matçdan əvvəl Messiyə hədiyyələr təqdim edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti