Dünya çempionatının Bakıdakı bayrağı Qazaxıstana təhvil verildi

07:40 Cüdo 101
Dünya çempionatının Bakıdakı bayrağı Qazaxıstana təhvil verildi

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.

BCF bayrağı arenadakı dirəkdən endirilərək əsas səhnəyə gətirilib.

E. Məmmədli bayrağı L. Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi K. Yesekeyevə təhvil verib. Bununla da yarışa ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.

Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.

Azərbaycan cüdoçuları Bakıda təşkil olunan dünya çempionatını 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib