«Baku Sportinq» yeni baş məşqçi axtarışını sürətləndirib.
Bu barədə düşərgədən redaksiyamıza məlumat daxil olub.
Saytımıza verilən xəbərə görə, klubun direktoru Hüseyn Rzayev Samir Ələkbərovu sükan arxasından uzaqlaşdırmağı lazım bilib.
Buna səbəb komandanın I Liqada mövsümə olduqca pis başlamasıdır. Belə ki, qəsəbə təmsilçisi ilk dörd turun hamısında məğlubiyyətlə üzləşib.
Bu matçlarda qol vurmağı da bacarmayan kollektiv xalsızdır və turnir cədvəlinin axırıncı - 12-ci pilləsinə yuvarlanıb.
Təbii ki, bu cür bərbad başlanğıc rəhbərlikdə narahatlıq doğurur. Qorxurlar ki, hadisələrə müdaxilə eləməsələr, 2 ildən sonra II Liqaya yuvarlanarlar.
Yeni baş məşqçinin kimliyini məyyənləşdirmək isə bir o qədər asan deyil.
Buzovna təmsilçisinin maliyyə təminatı ötən illə müqayisədə xeyli zəifləyib, odur ki, burada çalışmaq hər mütəxəssisin ürəyindən gəlmir. Hətta hazırda işsiz olanlar da bir neçəsi aldıqları təklifə «yox» cavabı verib.
SPORTİNFO.AZ
