Jurnalistin sualını konkret cavablandırdı: “Mən oynamıram, necə hazır ola bilərəm?”

22:00 Türkiyə 157
Jurnalistin sualını konkret cavablandırdı: “Mən oynamıram, necə hazır ola bilərəm?”

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Barselona” ilə keçiriləcək oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu sabiq komandasına qarşı matça hazır olub-olmadığı barədə “Haberler” nəşrinin jurnalistinin sualını belə cavablandırıb:

“Mən oynamıram, necə hazır ola bilərəm?”

Gündoğan bu mövsüm “Qalatasaray”ın start heyətində meydana çıxmayıb. O, cəmi iki dəfə əvəzetmədən oyuna daxil olub.

“Qalatasaray” – “Barselona” qarşılaşması oktyabrın 13-də İstanbulda keçiriləcək.

Kataloniyalılar Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti