«Sabah»da aylardan bəri davam edən maaş böhranı başa çatıb.
Klub rəhbərliyi verdiyi vədi gecə də olsa, yerinə yetirib.
Dörd aylıq aradan sonra əməkdaşların, eləcə də, akademiyada çalışan məşqçi və texniki personalın ödəmələri həyata keçirilib.
Bütün borclar bir yerdə qaytarılıb.
Kollektivə izah olunub ki, problem texniki məsələlərdən qaynaqlanıb. Belə ki, yayda mühasibatlıq sistemi dəyişib, yeni kadrlar işə cəlb edilib.
Həmin müddətdə təhvil-təslim aparıldığından, əməkhaqlarının ödənilməsində «uzun quyruq» əmələ gəlib.
SPORTİNFO.AZ
