“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın hücumçusu Qabriel Jesus Kataloniya klubuna keçidi barədə danışıb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, braziliyalı forvard bunu deyib:
“İnanılmaz heyətə malik böyük bir klubdayam. Uşaqlıqdan bəri “Barselona”nın Çempionlar Liqasındakı oyunlarını izləmişəm. B
raziliyalılar həmişə burada oynamaq istəyirlər və mən də bu kluba vuruldum”.
Jesus bu yay 10 milyon avroya “Arsenal”dan “Barselona”ya transfer olunub.
29 yaşlı hücumçu Kataloniya klubunun heyətində bütün turnirlərdə 4 oyuna çıxıb və 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədər qüvvədədir.
”Barselona” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”la qarşılaşacaq.
