“Bizdən tələb edir ki...”

20:40 Müsahibə 184
“Bizdən tələb edir ki...”

Azərbaycanın U-20 millisi Yaponiyanı məğlub etməyi bacardı.

Yoxlama görüşü çərçivəsində Qəbələdə baş tutan oyunun 90 dəqiqəsində qapılara top vurulmasa da, penaltilər seriyasında bizimkilər Asiyadan olan güclü rəqibini üstələdi.

Sportinfo.az-a müsahibə verən yığmanın yarımmüdafiəçisi Ziya Şəkərxanov sualları cavablandırıb.

- Oyunun gedişatını göz önünə gətirsək, qələbə qazanacağınızı təsəvvür edirdin?

-Yaponiya yığması əvvəlki rəqiblərlə müqayisədə daha keyfiyyətli, daha sürətli futbol sərgiləyən kollektivdir. Bunu analizlər zamanı görmükdük, matçda bir daha əmin olduq. Rəqibin üstün cəhətlərini bildiyimizdən buna hazırlaşmışdıq. İlk hissədə normal çıxış etsək də, ikinci yarı istədiyimiz kimi keçmədi. Buna baxmayaraq, xarakter nümayiş etdirərək sonda qalib olduq. Daha da inkişaf etməliyik.

- Penaltilər seriyasında yaponları üstələcəyinizə ümidiniz var idi?

- Penaltilərdə şanslar 50-nin 50-yə olur. Amma yenə də içimizdə qalib gələcəyimizə dair inam var idi. Xüsusən qapıçımız Həbib Huşənovun bacarığına inanırdıq. “Qəbələ”də birlikdə oynadığımızdan “çərçivə”də nəyə qadir olduğunu bilirəm. O da sağ olsun, ümidləri doğrultdu. Belə deyim, psixoloji baxımdan biz daha hazır idik.

- Portuqaliyalı baş məşqçi Rui Jorje sizdən nə tələb edir? Nələri dəyişməyinizi istəyir?

- Əsasən öz futbol fəlsəfəsini aşılamağa çalışır. Bizdən tələb edir ki, digər milli komandalar kimi biz də daha çox ötürmə edək və dəqiqlik olsun. Avropa futbolundan əsasən bu cəhətdə geri qalırıq. O da çalışır ki, topa nəzarət edək, kombinasiyalı futbol sərgiləyək.

- Bu komanda gələn il ölkəmizdə və Özbəkistanda keçiriləcək dünya çempionatında nəyə nail ola bilər?

- Bu barədə danışmaq üçün tezdir. Qarşıda 1 il vaxtımız var. Həm də hələ yolun başındayıq, görüləcək işlərimiz çoxdur. Azərbaycanı layiqincə təmsil etmək, bayrağımızı ucaltmaq üçün əlimizdən gələni edəcəyik. Əvvəlki illərlə müqayisədə daha artığını, daha yaxşısını etmək istəyirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti