“Barselona” Messinin Argentina millisindəki vida matçına heç bir paylaşım həsr etmədi

18:40 İspaniya 136
“Barselona” Messinin Argentina millisindəki vida matçına heç bir paylaşım həsr etmədi

Argentina millisinin hücumçusu Lionel Messi yığma komandada son oyununu keçirib.

Argentina yığması Buenos-Ayresdəki “Monumental” stadionunda Benin millisi ilə qarşılaşıb (3:0).

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Barselona”nın sosial şəbəkədəki rəsmi hesabı isə Messinin Argentina millisindəki vida matçına hələ heç bir paylaşım həsr etməyib.

Messi karyerasının böyük hissəsini Kataloniya klubunda keçirib. O, 2000-ci ildə, 13 yaşında “Barselona”nın sisteminə qoşulub və 21 il sonra komandadan ayrılıb.

Argentinalı futbolçu hazırda da “Barselona” tarixinin ən məhsuldar futbolçusudur.

Digər Xəbərlər
Xəbər Lenti