Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda yeni mövsümə qələbə ilə start verib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gəlib.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma Mingəçevir kollektivinin qələbəsi ilə yekunlaşıb - 40:18.
Tərəflər arasında cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.
