“Bayern”in baş məşqçisi Vensan Kompani komandasının oyunçuları Harri Keyn və Maykl Olisenin “qızıl top”u qazanmaq şansları barədə danışıb.
Sportinfo.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis, mükafatın qalibinin artıq müəyyənləşdiyini bildirib:
“Qalib artıq bəllidir, ona görə də mənim sözlərim heç nəyi dəyişməyəcək. Bağışlayın, amma hər gün “qızıl top” haqqında düşünmürəm.
Hazırda məni yalnız “Auqsburq”la oyun maraqlandırır. Amma ümid edirəm ki, mükafat “Bayern”in futbolçusuna veriləcək”.
“Qızıl top” üçün səsvermə artıq başa çatıb. Qalib oktyabrın 26-da, Londonda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.
“Auqsburq” – “Bayern” matçı oktyabrın 10-da keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:30-da səslənəcək.
