Rafinya “Qalatasaray”la matçda meydana çıxmayacaq?

01:40 İspaniya 81
Rafinya “Qalatasaray”la matçda meydana çıxmayacaq?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Rafinya Diasın səhhəti ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında braziliyalı futbolçunun tibbi müayinədən sonra probleminin müəyyənləşdiyini bildirib:

“Rafinyanın tibbi müayinəsi problem olduğunu göstərdi. Söhbət ciddi zədədən getmir, amma ehtiyatlı olmalıyıq.

Ötən mövsüm də onun həmin nahiyə ilə bağlı problemi var idi. Buna görə də hansısa riskə getmək istəmirik.

O, sabahkı matçda, eləcə də UEFA Çempionlar Liqasında “Qalatasaray”la oyunda iştirak edə bilməyəcək”.

Rafinya bu mövsüm bütün turnirlərdə keçirdiyi 8 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Barselona” oktyabrın 10-da, İspaniya çempionatının 8-ci turu çərçivəsində “Xetafe”ni qəbul edəcək. Qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.

Kataloniya təmsilçisi Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!