«Qəbələ»nin yeni baş məşqçisi Yeton Bekiri Azərbaycana şikayətlənməyə gəlmədiyini deyib.
İddia edib ki, onun ablamaqla da çox arası yoxdur.
Şimali makedoniyalının sözlərindəki səmiyyəti zamanla biləcəyik. Onun fikirləri ilə hələlik işim yoxdur.
19 günlük milli fasilədə vsəzifə başına keçən Bekirinin «Qəbələ»ni hələ yaxından tanımadığına əminəm.
Baxmayaraq ki, o, komandanı bundan bir müddət əvvəl araşdırmağa başladığını, kobud səhvlər ucbatından bu vəziyyətlə üzləşdiyini də söyləyib.
Yeni hocanın deməyindən belə çıxır ki, «Qəbələ» rəhbərliyi Kaxaber Sxadadzedən əlini çoxdan üzübmüş. Yerinə gizlicə başqa namizədlər axtarırmış.
Böyük ehtimalla, bu əlaltından aparılan «əməliyyat»a iyul-avqust aylarından start veriblər. Başları Kaxanı əvəzləyəcək həmkarını tapmağa qarışıb, transfer bazarlığını başdansovdu ediblər.
O üzdəndir ki, hazırkı «Qəbələ» keçənilkindən də qat-qat zəifdir.
«Sumqayıt»la qarşılaşma bəlli etdi ki, niyyət qazanmaq olub, qazandırmaq yox. Kimlər ki bu legionerləri «Qəbələ»yə urcah eləyib, yalnız öz ciblərini düşünüblər, komandanın qayğısını çəkməyiblər.
Fariz Nəcəfovun narahatlığı isə bir başqa mövzudur. Prezident olan şəxs bu legionerləri gətirənləri və onları «Qəbələ»yə layiq bilənləri niyə sorğu-suala çəkməsin ki?
ELNUR
