Türkiyə komandasının ümidi 3 futbolçuya olacaq - Biri azərbaycanlıdır

19:25 Bizimkilər 189
Türkiyə komandasının ümidi 3 futbolçuya olacaq - Biri azərbaycanlıdır

Üç həftəlik fasilədən sonra tam heyətlə məşqlərini edən “Bursaspor” Türkiyə I Liqasının 9-cu turu çərçivəsində “Mardin”i qəbul edəcək.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yuxarı pillələrdə qərarlaşan rəqiblə görüşdə bursalıların ümidi 3 futbolçuya olacaq.

Belə ki, Lyuis Beker, zədədən qayıdan Tayfun Aydoğan və Azərbaycan millisindən dönən Toral Bayramovun performansının matçın taleyini həll edəcəyi düşünülür.

Xüsusən də Toralın yığmadan əla formada döndüyü və bunun klubuna da sirayət edəcəyi vurğulanıb. Bu üzdən mütəxəssislər “Bursaspor”un qalib gələcəyini və liderlər zonasında qalacağını proqnozlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti