“İmişli”də performans rəhbəri vəzifəsində çalışan Ulian Qoqa ölkəsi ABŞ mətbuatına geniş müsahibə verib.
Sportinfo.az xəbər verir ki, karyerası barədə sualları cavablandıran 34 yaşlı mütəxəssis Azərbaycandakı fəaliyyəti barədə də qısa fikirlərini bildirib.
Ötən ilin yayında Azərbaycana köçərək “İmişli”nin fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olunan Qoqa komandanın uğurlu çıxışı üçün əlindən gələni etdiyini söyləyib:
“Bəzən fiziki baxımdan ən doğru qərar mütləq şəkildə futbol baxımından ən doğru qərar olmur. Sənin vəzifən məşqçiyə kömək etməkdir, məşq yükü ilə bağlı mübahisədə haqlı çıxmaq deyil.
Mən istər Azərbaycanda, istərsə də ondan əvvəlki ölkələrdə bu prinsiplə çalışmışam”.
Məşqçi özü barədə də ümumi məlumat verib:
“Məni maraq dairəsi geniş və hər şeyə maraq göstərən biri kimi xarakterizə etmək olar. İnsanları, fərqli mədəniyyətləri və hadisələrin niyə məhz belə baş verdiyini anlamağı sevirəm.
Səyahət etməkdən, öyrənməkdən və maraqlı söhbətlərdən zövq alıram. Bəzən, yəqin ki, lazım olduğundan da çox düşünürəm.
Futbol, şübhəsiz ki, həyatımın böyük bir hissəsidir. Amma düşünmürəm ki, məni tam olaraq yalnız futbol müəyyənləşdirir”.
Ulian Qoqa daha əvvəl ABŞ və Portuqaliyada çalışıb.
