“Azərbaycanlı olmasaq da, Azərbaycan klubunda forma geyinirik, ürəkdən oynayacağıq”

01:50 Sabah 104
“Azərbaycanlı olmasaq da, Azərbaycan klubunda forma geyinirik, ürəkdən oynayacağıq”

“Oyundan qabaq nəticədən danışa bilmərəm. Sadəcə onu deyə bilərəm ki, meydanda əlimizdən gələni edəcəyik, ürəklə oynayacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Slaviya”ya qarşı keçirəcəkləri oyundan danışarkən deyib.

Özbək futbolçu Bakıda Çexiya çempionunu məğlub etmək üçün ürəklərini meydanda qoyacaqlarını bildirib: “Azərbaycanlı olmasaq da, Azərbaycan klubunda forma geyirik. 100 faiz ürəkdən oynayacağıq. Nəticənin necə olacağını zaman göstərəcək. Kim güclüdürsə, o da qalib gələcək. İnanıram ki, güclü tərəf məhz biz olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”